AZ

Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağı tələb edirik - İcma

Bakı. Trend:

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan 10 fevral2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyindədərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycanmövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib.

Trend xəbərverir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatındadeyilir.

"İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcmasıAzərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsiistiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirikki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbiazərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayanməqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonraməhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığınıqeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdiredirik.

Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insanhüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır.Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlətsəviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədəQərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyətigərginləşdirir.

Baş nazirin iddiasının əksinə olaraq, qeyd edilməlidir ki,Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə dəErmənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətləistifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquqpozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimipeşmançılığını ifadə etmədiyini, siyasi dairələrində vəcəmiyyətində revanşist əhval-ruhiyyənin hökm sürdüyünü nəzərəalsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücumniyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar", - obildirib.

Qeyd edilib ki, Baş nazir Paşinyanın məqaləsində QərbiAzərbaycan məsələsini hərbi təhdid kimi təqdim etməsi tamamiləqəbuledilməzdir.

"Baş nazirin bu mövzuda söylədikləri, o cümlədən guya İcmanınəsas sənədlərində Ermənistan ərazisinin 60 faizinə iddia əksolunduğuna dair fikirləri əsassızdır. Azərbaycanlıların paytaxtİrəvan daxil olmaqla, Ermənistanın bütün bölgələrində yaşamışolduqlarını və vaxtilə orada etnik üstünlüyə malik olduqlarınıxatırlatmaqla bərabər, bir daha vurğulayırıq ki, Qərbi Azərbaycanİcması Ermənistandan zorla çıxarılmış azərbaycanlıların beynəlxalqhüquq çərçivəsində, Ermənistanın ərazi bütövlüyünə hörmət etməklə,sülh yolu ilə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinəqayıtması uğrunda mübarizə aparır.

Qərbi Azərbaycan İcması olaraq biz, Ermənistan hökumətindənsülhə və insan hüquqlarına zidd addımlarına, o cümlədən hərbicanilərin qəhrəmanlaşdırılmasına son qoymağı, silahlanma proqramınıdayandırmağı, aldığı hücum xarakterli ağır və müasir silahları geriqaytarmağı və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmağıtələb edirik", - bəyanatda bildirilib.

Seçilən
17
15
az.trend.az

10Mənbələr