AZ

"Barselona" əsrin rekordunu gerçəkləşdirdi

İspaniya La Liqasının 23-cü turunda səfərdə "Sevilya"ya 4:1 hesab ilə qalib gələn “Barselona” yeni rekord reallaşdırıb. 

Fanat.Az xəbər verir ki, bu barədə “Opta Jose” məlumat yayıb.

Mənbənin hesablamasına görə, bu qələbə sayəsində kataloniyalılar 2025-ci ildə bütün yarışlar çərçivəsində keçirdiyi ilk 11 oyunda vurduğu qolların sayını 41-ə çatdırıb. Bu isə XXI əsrdə klubun məhsuldarlıq rekordudur.

“Barselona”nın ilin ilk 11 oyunundakı qol sayına görə mütləq rekordu isə ötən əsrə - 1943-cü ilə təsadüf edib. Həmin vaxt ispan mütəxəssis Xuan Xose Noqesin çalışdırdığı komanda bütün yarışlar çərçivəsində keçirdiyi ilk 11 oyunda rəqib qapıçıları 42 dəfə məyus edib. 

Hans-Diter Flikin baş məşqçisi olduğu komanda bu mövsümdə keçirdiyi 23 oyunda 48 xal toplayıb. “Barselona” İspaniya La Liqasının turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. La Liqaya 50 xalla “Real Madrid” başçılıq edir.

Seçilən
0
fanat.az

1Mənbələr