AZ

Bu dəfə qu quşları təyyarəyə çırpıldı, təcili eniş etdi

İngiltərənin Qatvik hava limanından uçan təyyarə havaya qalxdıqdan az sonra iki qu quşu ilə toqquşduğu üçün təcili eniş edib.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Bildirilib ki, saatda 300 kilometr sürətlə hərəkət edən Tui Hava Yollarına məxsus təyyarənin, qu quşu çırpılması nəticəsində qabaq şüşəsi sınıb.

Hadisə zamanı təyyarə elektron sistemi də daxil olmaqla ciddi zədələnib və pilotlar ön şüşəni görə bilmədiklərinə görə uçuş-enmə zolağından müşayiətçi tələb ediblər.

Seçilən
0
1
publika.az

2Mənbələr