Onun fikrincə, ABŞ ilə “Lego” istehsalçısının nümayəndələri əlaqə saxlamalıdırlar, çünki“çatışmayan hissələrə görə əsəbiləşən uşaqlarla məşğul olmaq onları danışıqlar sahəsində mütəxəssis edib”.Kaliforniya ştatının alınması üçün vəsaiti isə Ksavye Dyutua kraudfandinq (digər insanların və ya təşkilatların səylərini dəstəkləmək üçün könüllü olaraq pullarını və ya digər resurslarını adətən İnternet vasitəsilə birləşdirən insanların kollektiv əməkdaşlıq) üsulu ilə toplamağı təklif edib.
“Bu, hər danimarkalıdan cəmi 200 min kroon deməkdir”,- təşəbbüs qrupunun saytında bildirilir.
Qrenlandiya ABŞ-yə“satılmaq”istəmir |
Qeyd edək ki, hələ andiçmə mərasiminə 2 həftə qalmış Donald Tramp Qrenlandiyanın ABŞ-yə birləşdirilməli olduğunu bildirib. O, Kopenhageninbuna razılaşmayacağı təqdirdə Danimarkaya yüksək ticarət tarifləri tətbiq edəcəyi ilə hədələyib. Yeri gəlmişkən, ilk prezidentlik dövründə də (2017−2021) Donalda Tramp Qrenlandiyanı almağı təklif etmişdi. Həm onda, həm də indi Danimarka və Qrenlandiya hakimiyyəti bu fikri dəstəkləməyiblər.
Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO-dakı müttəfiqlik öhdəliklərinə əlavə olaraq müqavilə imzalayıblar. Buna uyğun olaraq, ABŞ adanı təcavüzdən müdafiə etməyi öhdəsinə götürüb. Burada raket hücumu xəbərdarlığı sistemi kimi xidmət edən Amerikanın “Pituffik” kosmik bazası yerləşir.
Sahil İsgəndərov
AzVision.az