AZ

Azərbaycanın neft ehtiyatları 7 milyard barel həcmində dəyərləndirilir

Bakı. TurkicWorld:

Azərbaycanın təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel təşkil.

TurkicWorld bu barədə ABŞ-ın Enerji Məlumatları İdarəsindən məlumat əldə edib.

Məlumata görə, Azərbaycanda xam neft hasilatı (kondensat istisna olmaqla) 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində olub: “2024-cü ildən 2026-cı ilə qədər ümumi neft mayelərinin istehsalının orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacağını proqnozlaşdırılır”.

“Azəri Çıraq Günəşli (AÇG) yatağı Azərbaycanda neft mayelərinin hasilatının əsas mənbəyidir. Burada neft hasilatı 2010-cu ildə gündəlik 823,1 min barellə pik həddə çatıb. 2023-cü ilin birinci yarısında yatağından 375,1 barel yüngül xam neft hasil edilib. Bu xam neft və Şahdəniz təbii qaz yatağından hasil edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas neft mayeləridir”, - deyə məlumatda qeyd edilib.

Həmçinin məlumatda qeyd edilib ki, Qazaxıstanın təsdiqlənmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 30 milyard barel, Türkmənistanın 600 milyon barel, Özbəkistanın 594 milyon barel təşkil edir.

Seçilən
1
1
turkic.world

2Mənbələr