Rusiya prezidenti Vladimir Putin Pekinə, Çin lideri Si Cinpinin Moskvaya səfərlərinə hazırlıq gedir.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putin Cinpinin Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin bitməsinin ildönümünü qeyd etmək üçün Çinə səfər etmək dəvətini qəbul edib.
“Belə təmaslar, belə səfərlər hazırlanır və biz bu tarixlərin simvolikasına qarşılıqlı əhəmiyyət veririk. Həmin mühüm hadisələri, ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə verdiyi töhfəni və ikitərəfli münasibətlərimizi xatırlamaq üçün...Hazırda belə təmaslar fəal şəkildə hazırlanır”,deyə Kremlin sözçüsü vurğulayıb.