Fevralın 8-də jurnalist Şahnaz Bəylərqızının həyat yoldaşı onunla istintaq təcridxansında görüşüb.
Onun sözlərinə görə, Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil.
"Səhhətinə görə çox narahatam. Şəkər və təzyiqi enib-qalxır. Tibb məntəqəsində lazimi qayğı göstərilir. Amma səhhəti yaxşı deyil. Onun səhhətinin yaxşılaşması üçün çox çalışıram", deyə həyat yoldaşı bildirib.
Fevralın 7 -də isə vəkil istintaq təcridxansında jurnalist Şahnaz Bəylərqızı ilə görüşüb. Vəkilin sözlərinə görə, Şahnaz Bəylərqızı səhhətində yaranan ciddi problemlərə görə tibbi müşahidəyə götürülüb.
Xatırladaq ki, fevralın 6-da Xətai Rayon Məhkəməsinin qərarı ilə jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) barəsində Toplum TV nəşrinin işi üzrə 3 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. O da xarici valyuta qaçaqmalçılığında və digər cinayətlərdə ittiham olunur.