Bakı. Trend:
Estoniya prezidenti Alar Karis Avropa İttifaqını Moskvadanenerji “müstəqilliyini daha da möhkəmləndirməyə” və Rusiya iləticarət əlaqələrini tam olaraq kəsməyin mümkünlüyünü nəzərdəkeçirməyə çağırıb.
Trend xəbər verirki, bu haqda estoniyalı dövlət başçısı “X” sosial şəbəkə hesabındayazıb.
“Avropa İttifaqı öz müstəqilliyini daha da möhkəmləndirməli vəAvropa İttifaqına bütün rus enerjidaşıyıcılarının idxalınıdayandırmalıdır. Biz hətta Rusiyaya qarşı tam ticarət embarqosununtətbiqinin mümkünlüyünü ciddi şəkildə nəzərdən keçirməliyik”, -Karis yazıb.
Qeyd edək ki, bundan əvvəl fevralın 9-da Latviya prezidentiEdqar Rinkeviç, Litva, Latviya və Estoniyanın Avropanın elekektrikşəbəkə sisteminə qoşulduğunu bəyan etmişdi.