AZ

Aktrisanın "Konuşanlar"dakı etirafı qalmaqal yaratdı - Həmin hissəni çıxartdılar - FOTO

Hasan Can Kayanın "Konuşanlar" verilişinə qatılan "İnci Taneleri" serialının aktrisası Nilay Evinin etirafı müzakirələrə səbəb olub.

Milli.Az xəbər verir ki, aktrisanın qohumunun ərinin ondan xoşlandığını açıqlaması sosial şəbəkələrdə etirazlara səbəb olub.

Nilay Evin proqramda çıxışı zamanı qohumunun həyat yoldaşı ilə bağlı yaşadıqlarını danışaraq "Qohumumun əri əslində məndən xoşlanır, amma bunu qıza deyə bilmirəm" ifadələrini işlədib.

Hasan Can Kayanın suallarına cavab verən Evin kişinin ona qarşı hisslərini birbaşa etiraf etdiyini bildirib.

Sərt reaksiyalara görə verilişin həmin hissəsi yayımdan çıxarılıb.

İsmayıl
Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Seçilən
9
1
milli.az

2Mənbələr