Bakı, TurkicWorld
Türkiyədə jandarma tərəfindən FETÖ terror təşkilatına qarşı son bir həftə ərzində 22 şəhərdə keçirilən “Kıskaç-38” əməliyyatlarında 45 şübhəli saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Şübhəlilərdən 24-ü həbs edilib, 8-i barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb, digər şübhəlilərlə isə bağlı sorğu-sual prosesi davam edir.
Saxlanlan şübhəlilər, FETÖ terror təşkilatının strukturunda fəaliyyət göstərmək, təşkilatın məsul şəxsləri ilə taksofon vasitəsilə əlaqə saxlamaq, təşkilatı maliyyələşdirmək və sosial media hesabları vasitəsilə terror təşkilatının təbliğatını aparmaq ittihamı ilə həbs ediliblər.
22 ilde FETÖ'ye yönelik son 1 haftadır Jandarma tarafından devam eden “KISKAÇ-38” operasyonlarında; 45 şüpheli yakalandı.
— Ali Yerlikaya (@AliYerlikaya) February 10, 2025
Şüphelilerden;
24'ü TUTUKLANDI.
8'i hakkında adli kontrol kararı verildi. Diğerlerinin işlemleri devam ediyor.
️
Operasyonlarda yakalanan… pic.twitter.com/2RfSuAZg55