Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin sülhə və insan hüquqlarına qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır.
Bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub.
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan 10 fevral 2025-ci il tarixində bu ölkənin “Armenpress” xəbər agentliyində dərc olunmuş məqaləsində regional proseslərə və Qərbi Azərbaycan mövzusuna dair yanlış, əsassız və zərərli fikirlər səsləndirib.
"İlk olaraq vurğulamaq istərdik ki, Qərbi Azərbaycan İcması Azərbaycan və Ermənistan arasında sülhün bərqərar edilməsi istiqamətində aparılan siyasi prosesləri dəstəkləyir. Hesab edirik ki, iki dövlət arasında sülhün bərqərar olması və Qərbi azərbaycanlıların öz evlərinə qayıtması bir-birini tamamlayan məqsədlərdir. Sülh prosesinin 2020-ci il Vətən müharibəsindən sonra məhz Azərbaycan Respublikası hökumətinin təşəbbüsü ilə başlandığını qeyd edərək, Azərbaycan tərəfinin sülhpərvər səylərini təqdir edirik.
Eyni zamanda, İcmamız Ermənistan hökumətinin sülhə və insan hüquqların qarşı fəaliyyətindən ciddi şəkildə narahatdır. Ermənistanın apardığı irimiqyaslı silahlanma proqramı, dövlət səviyyəsində həyata keçirdiyi irqçilik siyasəti və bu çərçivədə Qərbi azərbaycanlıların qayıdış hüququnu danması regionda vəziyyəti gərginləşdirir", - bəyanatda vurğulanıb.
Bildirilib ki, baş nazirin iddiasının əksinə olaraq, Ermənistana qarşı heç bir hərbi təhdid yoxdur. Bunu, eləcə də Ermənistanın təcavüzkar keçmişini, hərbi gücdən məsuliyyətlə istifadə edə bilmədiyini, Azərbaycana qarşı törətdiyi hüquq pozuntularına görə məsuliyyətini etiraf etmədiyini və səmimi peşmançılığını ifadə etmədiyini, siyasi dairələrində və cəmiyyətində revanşist əhvali-ruhiyyənin hökm sürdüyünü nəzərə alsaq, onun kütləvi şəkildə silahlanmasının Azərbaycana qarşı hücum niyyətindən xəbər verdiyini tam əminliklə söyləmək olar: