Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən 2025-ci il 3-7 fevral tarixlərində aparılan monitorinqlər zamanı İmişli, Ağcabədi və Tərtər rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Axar.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bunlara İmişlidə Bağırlı Elmir Əli oğlu və Mejdunov Murad Rafiq oğluna məxsus məntəqələr, Ağcabədidə Hüseynov Cəmaləddin Arif oğluna məxsus məntəqə, Tərtərdə isə Əsgərov Maarif Salman oğlu, Abışov Anar Xaliq oğlu, Hümbətzadə Vüsal İlham oğluna məxsus məntəqələr aiddir.
Məlum olub ki, məntəqələr baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olublar.
Qeyd edək ki, aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.