Azərbaycan atleti İsgəndər Əsgərov yeni rekorda imza atıb.
İdman.biz xəbər verir ki, idmançımız Bolqarıstanın paytaxtı Sofiyada fərqlənib.
O, 20 yaşadək atletlər arasında Balkan çempionatında uğur qazanıb. Atletimiz 800 m məsafəyə qaçışda finişə 1 dəqiqə 59,72 saniyəyə çatıb. Bu, 18 yaşadək idmançılar arasında yeni Azərbaycan rekordudur.
Qeyd edək ki, bu göstərici təsdiqlənmə prosesindədir.
İdman.biz