AZ

Moskva öz “oyuncaq” prezidentini Ukraynada hakimiyyətə gətirmək istəyir – Zelenski

Moskva öz “oyuncaq” prezidentini Ukraynada hakimiyyətə gətirmək istəyir.

İnterpress.az xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu barədə Britaniyanın İTV telekanalının jurnalistlərinə müsahibəsində bildirib.

Zelenski deyib ki, müharibə zamanı prezident seçkilərinin keçirilməsi ordunun itkisinə səbəb ola bilər və Rusiyanın əks-hücumuna hər cür şərait yarada bilər.

“Rusiya ilk növbədə belə bir ssenaridə maraqlıdır. Belə olan halda o, əks-hücum hazırlamaq və Ukraynada hakimiyyətə “öz adamını” – “oyuncaq prezident”i gətirmək imkanı əldə edəcək”, – Zelenski qeyd edib.

Xatırladaq ki, Ukraynada növbəti prezident seçkiləri 2024-cü ildə keçirilməli idi, lakin ölkə qanunları hərbi vəziyyət dövründə hər hansı səsverməni qadağan edir.

İctimai rəy sorğularına əsasən, Ukrayna əhalisinin əksəriyyəti hakimiyyətin seçki keçirməmək qərarını dəstəkləyir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
31
1
interpress.az

2Mənbələr