Özbəkistanın Buxara vilayətində "Buxara-Ural" magistral qaz kəmərində yanğın baş verib.
“Report” Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qəzanın aradan qaldırılması üçün tədbirlər görülür, ölən və xəsarət alan yoxdur.
"Buxara vilayəti ərazisindən keçən 1020 mm diametrli magistral kəmərdə qaz sızması və yanğın baş verib", - məlumatda bildirilib.
Mətbuat xidmətinin məlumatına görə, qəza kəmərin 106-cı kilometrliyində yeraltı hissədə baş verib.