AZ

Tramp, Messi və Bredli Kuper bu matçı stadiondan izlədi - VİDEO

Dünyaca məşhur ulduzlar ötən gecə ABŞ-də Milli Futbol Liqasının əsas oyunu olan Superboul matçında "Kanzas Siti Çifs" və "Filadelfiya İqlz" arasında keçirilən oyunu izləmək üçün stadiona axın ediblər.

Bizim.Media xəbər verir ki, məşhurlar arasında ABŞ Prezidenti Donald Tramp, "İnter Mayami"nin ulduzu Lionel Messi, onun vaxtilə "Barselona"da birgə top qovduğu Luis Suares, Xordi Alba və digər futbolçular, məşhur aktyor Bredli Kuper, müğənni Teylor Svift və digər məşhurlar stadiondan çempionluq matçını canlı izləyiblər.

Qeyd edək ki, əksər ekspertlər "Kanzas Siti Çifs"in qalib gələcəyini ehtimal etsələr də, "qartallar" inanılmaz əzm göstərərək 40:22 hesabı ilə rahat qələbə qazanıblar.



Bizim.Media

Seçilən
14
bizim.media

1Mənbələr