![Tramp:](/uploads/posts/2025-02/ttrr.jpg)
“Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq üçün danışıqlar irəliləyir”.
Reyting.az “Reuters”ə istinadla bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.
Donald Tramp Rusiya lideri Vladimir Putinlə dialoqun təfərrüatlarını açıqlamasa da, fevralın 9-da onunla danışdığını bir daha təsdiqləyib.
“Daha çox söhbətlər gözləyirəm. Biz bu müharibəni bitirməliyik”, - Tramp deyib.
ABŞ lideri qeyd edib ki, o, danışıqlar haqqında danışmaq istəmir, hərəkətlərə üstünlük verir. O, irəliləyişə nail olunacağına və “bu müharibənin dayandırıla biləcəyinə” əmin olduğunu söyləyib.
Tramp əlavə edib ki, ABŞ həm Kreml, həm də Ukrayna hakimiyyəti ilə əlaqə saxlayır.
E. KAMAL