AZ

Türk qadın Almaniyada bıçaqlanaraq öldürüldü

Almaniyada Türkiyə vətəndaşı qadına hücum edilib. 

Gundem.az türk mətbuatına istinadla xəbər verir ki,  Türkiyə vətəndaşı Gülay Oğuz Şimali Reyn-Vestfaliya əyalətinin Voerde şəhərində pizza aldıqdan sonra evə qayıdarkən yaşadığı binanın qarşısında bıçaqlanıb.

Duysburq polisinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 19:45 radələrində naməlum şəxs tərəfindən bıçaqlanan 52 yaşlı Gülay hadisə yerində ölüb.

Prokurorluq ölümün dəqiq səbəbinin müəyyən edilməsi və istintaqa işıq salacaq dəlillərin əldə edilməsi üçün Şimali Reyn-Vestfaliya əyalətində Oğuzun yarılmasının aparılacağını açıqlayıb.

Araşdırmalar davam edir.

Seçilən
7
3
gundem.az

4Mənbələr