AZ

ABŞ keçmişin yükündən azad olur: USAID son nəfəsini verir

USAID sol-liberal düşüncəli qlobalistlərin layihəsi olaraq ABŞ-nin dünyadakı hegemonluğunu təmin etməkdən çox, beynəlxalq miqyaslı bəzi dələduzların qazanc mənbəyi idi. Tramp biznesmen olaraq ilk bu fakta nəzər saldı. Və ortaya konkret sual qoydu: USAID-in 3-cü ölkələrdə transgenderliyi təbliğ etməyi, söz azadlığı adı altında maxinasiyalarla məşğul olması, süni virus yaradıb, dünya əhalisini evlərə tıxamaqla iqtisadiyyatı çökdürməsi, terrorçulara və faşistlərə yardımlar etməsi üçün büdcədən xərclədiyi milyardlarla dollar ABŞ-ni dünyada hegemon etmək üçündür?

Transmilli iqtisadi əməliyyatlar ustası olan Tramp və Mask sualın cavabında qənaətə gəldilər ki, ABŞ vətəndaşlarının vergisi əsasında formalaşan USAID dövlətə yox, konkret güclərə xidmət edir. Onların qazanc mənbəyidir. Bir iki misal çəkməklə bunu sübut etmək elə də çətin deyil. Məsələn USAID-in vəsait ayırdığı bir neçə proqramlar haqqında məlumat: 

- Əfqanıstanda  sahibkarlığın dəstəklənməsi çərçivəsində “tiryək xaşxaşının yetişdirilməsinin və heroin istehsalının dəstəklənməsinə " dair layihələrə yüz milyonlarla dollar ; 

- Suriyada terrorçu "Əl-Qaidə" qruplaşması ilə əlaqəsi olan döyüşçülər" üçün ərzaq alınmasına "yüz minlərlə dollar ; 

- Serbiyada irqi müxtəliflik və bərabərlik proqramı - 1,5 milyon dollar;

- Kolumbiyada "transgender operasının" səhnələşdirilməsi - 47 min dollar;

- Qvatemalada cinsiyyətin dəyişdirilməsi və “LGBT təbliğatı” üçün 2 milyon dollar;

- Peruda transgenderlər haqqında komikslərin buraxılması - 32 min dollar və sair. Siyahını çox uzatmaq olar. 
Gördüyünüz kimi korrupsiya və pul yeyintisi üçün münbit şərait olan bu kimi sahələrə USAID milyardlarla dollar pul xərcləyib. Trapm bu faktı belə şərh edir. “Korrupsiya görünməmiş həddə çatıb. Onu bağlayın!”. 
Əslində bu qurumda olan korrupsiya və pul qaçaqmalçılığı ilə bağlı problemi dünyanın gündəminə elə Azərbaycan gətirdi. Və buna görə Avropa Birliyi, AŞPA, elə ABŞ tərəfindən hələdə təzyiqlər altındadır. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev USAID kimi qurumların fəaliyyətini ölkəmizdə məhdudlaşdırmaqla diqqəti baş alıb gedən korrupsiya və qanunsuzluqlara yönəltdi. İllərdir bu istiqamətdə Azərbaycan dövlətinin apardığı ifşa xarakterli fəaliyyət bu gün USAID-i maliyyələşdirən ABŞ prezidenti Donald Tramp tərəfindən də etiraf edilir. Halbu ki, Azərbaycan Prezidenti Trampın indi dediklərini neçə ildir deyir. Bu baxımdan söz azadlığı, insan hüquqları adı altında fəaliyyət göstərən USAID və buna bənzər qurumla yaradıldığı dövlət tərəfindən məhvə məruz qalıb. İlon Mask və Tramp USAID-ın tam ləğvi üçün gərəkli bütün addımlar atır. İşçilərinin sayı minimuma endirilib, qərargahı əlindən alınaraq ABŞ Gömrük və Sərhəd Xidmətinə verilir, büdcədən maliyyəsi dayandırılır, USAID-in maliyyələşdirdiyi proqramlar ləğv edilir və sair. Yəni Amerika öz xarici təsir mexanizmlərini təftiş edir. 60 ildən çox mövcud olan dırnaqarası "beynəlxalq humanitar yardım nəhəngi" - USAID son nəfəsini verməkdədir. Onilliklər boyu dünya üzrə humanitar yardım adı altında milyardlarla dollar səpələyən Amerika Birləşmiş Ştatları indi öz sistemini çökdürür. İlon Mask demişkən ABŞ keçmişin yükündən azad olur. Elə sivil və abırlı dünya da.

Şöhrət El-Dəniz

visiontv.az



Seçilən
15
visiontv.az

1Mənbələr