Rusiya Prezidenti Vladimir Putinin Pekinə, Çin lideri Si Cinpinin isə Moskvaya səfərinə hazırlıq gedir.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, söhbət mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin ildönümünün və sentyabrda Pekində İkinci Dünya müharibəsinin başa çatmasının yubileyinin qeyd edilməsindən gedir.
"Bəli, belə səfərlər hazırlanır. Biz həm bu mühüm hadisələrin xatirəsinə, ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə verdiyi töhfəyə, həm də ikitərəfli münasibətlərimizə görə bu tarixlərin simvolizminə qarşılıqlı olaraq böyük əhəmiyyət veririk. Ona görə də indi belə təmaslara fəal şəkildə hazırlıq gedir", - Peskov qeyd edib.