Müğənni Aysun İsmayılova qonaq olduğu “Tarixin bir günü” verilişində həyatında son vaxtlar baş verənlərdən danışıb.Missiya.Az xəbər verir ki, ifaçı kövrələrək bildirib:
“Allah bizə nə yazı yazıbsa, onu da yaşayırıq. Mən çox güclü xanımam. Amma mən artıq xoşbəxt qadın olmaq istəyirəm. O xoşbəxtliyi öz övladımla yaşayıram. Kim məni qınayır və haqqımda nələr deyilirsə, vecimə deyil. Heç kimin mənə yazığı gəlməsin. Mən yazıq deyiləm. Mən də insanam. Mənim də duyğularım var. Kövrələ bilərəm. Çox duyğusal və kövrək insanam. Kim məni qınayırsa, başına gəlsin. Allahımın yanında təmizəm. Allahım, dostlarım məni gözəl tanıyır. Ona görə də kənardan məni sevməyən insanların fikirləri mənim vecimə də deyil”.
Xatırladaq ki, Aysun İsmayılova vəkil Ramil Vəliyevlə 2024-cü ildə evlənib. Cütlüyün həmin nikahdan Sevgi adlı qız övladı dünyaya gəlib. Daha sonra Aysun Ramil ilə ayrıldığını açıqlayıb.
Zərintac MayisqızıMissiya.Az