AZ

Si Cinpinin Moskvaya, Putinin Pekinə səfərlərinə hazırlıq gedir


Qələbənin 80-ci ildönümü ilə əlaqədar Çin sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin Moskva və Pekinə qarşılıqlı səfərlərinə hazırlıq gedir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Söhbət mayın 9-da Moskvada Böyük Vətən Müharibəsində Qələbənin ildönümünün qeyd edilməsindən və sentyabrda Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının ildönümünün keçirilməsindən gedir.
“Bəli, belə təmaslar hazırlanır, belə səfərlər hazırlanır. Biz həm həmin mühüm hadisələrin xatirəsi, ölkələrimizin nasist təzahürlərinə qarşı mübarizəyə töhfəsi, həm də ikitərəfli münasibətlərimiz üçün bu tarixlərin simvolikasına qarşılıqlı böyük əhəmiyyət veririk. Ona görə də, indi belə təmaslar fəal şəkildə hazırlanır”, - Peskov bildirib.
Seçilən
10
5
yeniavaz.com

7Mənbələr