İngiltərədə qida təhlükəsizliyinə cavabdeh olan dövlət qurumu evdə yumurtanın harada saxlanması ilə bağlı müzakirələrə son qoyub. Uzun illərdir davam edən bu mübahisə bəzən yumurtanın soyuducuda, yoxsa plastik qabda saxlanması ilə bağlı fikir ayrılıqlarına səbəb olub. Ancaq indi qəti cavab verilib və sağlamlığınızı ön planda tutaraq verilən tövsiyələrə əməl etməyin vacibliyi vurğulanıb.
“İki sahil” Türkiyənin "Sabah" nəşrinə istinadla xəbər verir ki, Britaniyaın Qida Standartları Agentliyi (FSA) sosial media hesabında yumurta saxlamağın ən doğru yolu ilə bağlı məlumat paylaşıb.
Agentlik bildirib ki, yumurtaların saxlanmasında ən əhəmiyyətli faktor temperaturdur. Belə ki, temperatur dəyişmələri sağlamlıq problemləri yarada bilər. FSA bildirir ki, yumurta soyuducuda saxlanmalıdır. Soyuducu temperaturu sabit saxlamaqla yumurtaları təzə saxlamağa kömək edir. Həmçinin, xatırladılıb ki, yumurtalar temperaturun dəyişməsinə məruz qalmamalıdır.
Temperatur dəyişiklikləri yumurta qabığında kondensasiya meydana gəlməsinə səbəb ola bilər ki, bu da Salmonella bakteriyalarının qabığın xaricindən yumurtaya daxil olmasına imkan verə bilər. Salmonella, qida yolu ilə ötürülən qida zəhərlənməsinin bir növüdür.
Simptomları adətən 6-36 saat ərzində baş verir və ishal, mədə ağrısı, qızdırma, ürəkbulanma və yorğunluq kimi şikayətləri ehtiva edir. Mütəxəssislər, Salmonella infeksiyasının yayılmasının qarşısını almaq üçün xəstələrə simptomlar bitdikdən 48 saat sonra işə və ya məktəbə qayıtmağı tövsiyə edir. FSA xüsusilə vurğuladı ki, yumurta tam bişirilməlidir.
Yumurta bişirilərkən ağı və sarısının tam bişməsinə diqqət yetirmək lazımdır.
FSA yumurtaları soyuducuda saxlamağı və temperaturun dəyişməsindən qorunmasını tövsiyə edir.