Mərhum Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü ondan qalan evi satıb.
Bu haqda müğənni Niyam Salami "Bir gün" verilişində deyib. O bildirib ki, Gülü İnşaatçılar metrostansiyasının yaxınlığında olan mənzili satıb:
"İndi başqa yerdən ev alıb. Özü satıb, övladı, qohumu yoxdur ki, kimsə satsın".
Niyam Gülünün onun restoranında işdən çıxması məsələsinə də aydınlıq gətirib:
"İcazə alırdı ki, evdə qalım... Dedim ki, işçi deyilsən. Gülü mənimlə işləmir, yanımdadır".
Qeyd edək ki, Xalq artisti Rafiq Hüseynov 2021-ci ildə koronavirusdan vəfat edib./Axşam.az
Tarix: 10 Fevral 2025, 14:08