AzVision.az xəbər verir ki, İranın prezidenti Məsud Pezeşkian belə bəyanatla çıxış edib.
“Tramp davamlı şəkildə İranla danışıqlara hazır olduğunu deyir. Bununla yanaşı, o, İrana qarşı sui-qəsdlər barədə getdikcə daha çox yeni fərmanlar imzalayır. ABŞ İranı diz çökdürməyi yalnız arzulaya bilər”, - Məsud Pezeşkian İslam inqilabının qələbəsinin 46-cı ildönümünə həsr olunmuş bayram tədbirləri zamanı bildirib.
İslam Respublikasının birinci vitse-prezidenti Məhəmməd Rza Aref isə ABŞ ilə yeni sazişin bağlanmasının İranın milli maraqlarına cavab verməyəcəyini deyib. Onun sözlərinə görə, ABŞ-yə heç vaxt və indi də etibar etmək olmaz. Vaşinqtonlarazılaşma hər iki tərəf üçün faydalı olmalıdır. Bu baxımdan, Tehran bu gün ABŞ-lə razılaşmanın İranın maraqlarınauyğun olacağını düşünmür.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta