Xəbər verdiyimiz kimi, Qarabağ Universitetində Tibb fakültəsinin açılması ilə yanaşı həmçinin fakültənin fəaliyyətə başlaması yeni tədris ilindən planlaşdırılır. Eyni zamanda növbəti mərhələdə 1500 tələbənin təhsili nəzərdə tutulur.
Bəs, görəsən, ilkin mərhələdə Tibb fakültəsinə nə qədər plan yeri ayrılacağı nəzərdə tutulur?
Sözügedən məsələ ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq.
Sorğumuza nazirlikdən cavab olaraq bildirilib ki, hazırda bu məsələ müzakirə olunur:
"Mövzu ilə bağlı müvafiq qərarların qəbul edilməsi üçün zəruri təhlillər aparılır. Müzakirələrin yekun nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq və rəsmi mənbələr vasitəsilə geniş ictimaiyyətə müvafiq məlumat veriləcəkdir",- deyə nazirlikdən məlumat verilib.