"Tel-Əviv və HƏMAS arasında atəşkəsin ikinci mərhələsi real deyil".
Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu sözləri İsrailin diaspor naziri Amichai Çikli deyib.
Nazir deyib ki, HƏMAS-la atəşkəsin ikinci mərhələsini razılaşdırmağa ehtiyac qalmayıb: "Bu mərhələ İsrail üçün təhlükəlidir. Unutmayaq, ABŞ rəhbərliyi də atəşkəsin ikinci mərhələsinin hazırkı şərtlərdə real olmadığını anlayır. Bu proses HƏMAS-ı ayaq üstə saxlayır. Bizə isə onları tamamilə məhv etməsək, rahatlıq olmayacaq"
Lamiyə Əhmədli
MİA.AZ