AZ

Özbəkistanda qaz kəmərində yanğın baş verib

Özbəkistanda magistral qaz kəmərində partlayış nəticəsində yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisənin videogörüntüləri Telegram kanalları tərəfindən yayılıb.

Gazeta.uz xəbər verir ki, qaz şirkəti və Özbəkistanın Energetika Nazirliyi bu vəziyyətin aradan qaldırılması üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb. Mövcud məlumata görə, fevralın 10-da saat 11:26-da (Moskva vaxtı ilə 9:26) ölkənin Buxara vilayətində Buxara-Ural qaz kəmərində qəza baş verib.

Partlayışın səbəbinin qaz kəmərinin yeraltı hissəsində qaz sızması olduğu bildirilir. Ən yaxın yaşayış məntəqəsi qəza yerindən 40 kilometr aralıdadır.

Bundan əvvəl Özbəkistan prezidenti Şavkat Mirziyoyev Yaponiya liderləri ilə fəal təmasların davam etdirilməsinin tərəfdarı olduğunu bildirib. İki ölkə liderləri ikitərəfli münasibətlərin inkişafında qarşılıqlı maraqlı olduqlarını bildiriblər və birgə sammit keçirməyə hazırlaşırlar.

Seçilən
16
nocomment.az

1Mənbələr