AZ

Yaponiyada qar uçqunu: 100-dən çox insan...

Yaponiyanın şimal-şərqindəki Fukusimada iki qar uçqunu nəticəsində 100-dən çox insan otellərdə sıxışıb qalıb.

"Cebheinfo.az" yerli “Kyodo” agentliyinə istinadən xəbər verir ki, güclü qar Tsuçiyu qeyzerinin yerləşdiyi şəhərə də təsir edib.

Yerli vaxtla səhər saat 04:00 və 11:00 radələrində baş verən iki qar uçqunu nəticəsində qəsəbədəki iki oteldə 100-dən çox adam sıxılmış vəziyyətdə qalıb.

Hazırda qəsəbədə qarın qalınlığı 1,5 metrə qədər artıb və SPA otellərinə çıxışı təmin edən yollar bağlanıb.

Yerli hakimiyyət orqanları bağlı yolları təmizləmək üçün intensiv qar təmizləmə işlərini davam etdirir.

Bu arada Yamaqata qatar xəttində xidmətlər müvəqqəti olaraq dayandırılıb.

Yaponiyanın “NHK” telekanalının məlumatına gorə, ötən həftədən ölkənin şimal-şərq bölgələrində, o cümlədən Fukusima şəhərində güclü qar yağması davam edir.

Seçilən
14
1
cebheinfo.az

7Mənbələr