Futbol liqalarının qlobal reytinqi açıqlanıb.
Sportinfo.az xəbər verir ki, siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.
Premyer Liqa cədvəldə 51-cidir. Çempionatımızın əmsalı 20,564-ə bərabərdir. Premyer Liqa 2024-cü ilin iyulundakı cədvəllə müqayisədə 8 pillə geriləyib.
Siyahıya İngiltərə Premyer Liqası başçılıq edir – 1342,659 xal.
İspaniya La Liqası 907,614, İtaliya A seriyası 900,564, Almaniya Bundesliqası 776,588, Fransa Liqa1-i 596,086 xalla “beşlik”dədir. Türkiyə Super Liqası isə 178,403 xalla 10-cudur.
Cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174,889 xalla ümumi siyahıda 11-cidir.