“Təmiz Şəhər” ASC üç ildən sonra ilk dəfə audit edilmiş maliyyə göstəricilərini açıqlayıb və məlum olub ki, son üç il üzrə zərərini davam edib.
Banker.az xəbər verir ki, dövlət şirkəti 2021-2022-ci illəri birgə təqdim etsə də 2023-cü ili təqdim etməyib.
Məlumata əsasən, 2021-ci ildə şirkətin zərəri 10.42 milyon manat, 2022-ci ildə 4.82 milyon manat zərər edib. 2020-ci ilin zərəri 10.56 mln. manat zərər etmişdi.
Bununla da, ümumilikdə illərin yığılmış zərəri 221.92 milyon manata yüksəlib.
“Təmiz Şəhər”in gəlirləri isə son üç ildə müvafiq olaraq 22.82 milyon manat, 23.42 milyon manat, 28.55 milyon manat təşkil edib.