AZ

Kollecdə qış imtahan sessiyası başa çatıb

ADNSU-nun nəzdində Sənaye və Texnologiya Kollecində qış imtahan sessiyası başa çatıb.

TƏHSİL.BİZ xəbər verir ki, imtahanlar qiyabi şöbədə yanvarın 25-dək, əyani şöbədə isə fevralın 5-dək yazılı və test formasında keçirilib. 

Sənaye və Texnologiya Kollecində imtahan sessiyasının gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və daxil olmuş şikayətlərin araşdırılmasını tam təmin edib.

Qış imtahan sessiyası zamanı üzrlü və üzrsüz səbəblərdən imtahanda iştirak etməyən təhsilalanlara qaydalara müvafiq olaraq yenidən həmin fənlərdən imtahan vermək üçün şərait yaradılıb.

Seçilən
14
tehsil.biz

1Mənbələr