AZ

Ərdoğan Trampın təklifini PİSLƏDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Qəzza zolağı ilə bağlı təkliflərini diqqətə layiq hesab etmədiyini bildirib.

Modern.az-ın məlumatına görə, Ərdoğan bununla bağlı jurnalistlərə deyib: “Bizim nəzərimizcə, yəhudi lobbisinin təzyiqi altında Amerikanın yeni administrasiyasının Qəzza ilə bağlı verdiyi təkliflərdə diqqət və müzakirəyə layiq heç nə yoxdur. Bunların hamısı Qəzzada iğtişaşlar yaratmaq cəhdləridir".

Türkiyə prezidenti bildirib ki, Fələstinin HƏMAS hərəkatı atəşkəs razılaşmasının şərtlərini yerinə yetirərək verdiyi sözə sadiqdir.

Xatırladaq ki, Tramp bu yaxınlarda fələstinlilər oradan qonşu ölkələrə, xüsusən də Misir və İordaniyaya köçürüldükdən sonra Qəzza zolağına nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlamışdı. İsrailin baş naziri Benyamin Netanyahu ilə keçirdiyi mətbuat konfransında o, ABŞ-ın regionun yenidən qurulması və yeni iş yerlərinin yaradılması, həmçinin partlamamış hərbi sursat və digər silah təhlükəsinin aradan qaldırılması üçün məsuliyyət daşıyacağına söz verib.

Seçilən
9
1
modern.az

2Mənbələr