AZ

Bu il aministiya aktı da qəbul edilə bilər - Deputat

Prezident yanında Əfv Məsələləri Komissiyası bu həftə toplaşacaq. Komissiyanın ilk iclasının fevralın 12-də keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçiriləcəyi bildirilir. Əfv sərəncamının isə nə vaxt imzalanacağıı məlum deyil.

Milli Məclisin komitə sədri Siyavuş Novruzov bir müddət öncə parlamentin iclasında aministiya aktının da qəbul edilməsi üçün təkliflə çıxış etmişdi.

Bəs bu il əfv sərəncamı ilə yanaşı, aministiya aktı da qəbul edilə bilərmi?
Ətraflı

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əlizadə Modern.az-a bildirib ki, 28 May Müstəqillik Günündə əfv sərəncamı imzalana bilər:

"Əfv Komissiyasının üzvləri mütəmadi olaraq, toplaşırlar. Əfv komissiyasına edilən müraciətlər araşdırılır. Müvafiq araşdırmalardan sonra əfv edilə biləcək şəxslərin siyahısı hazırlanır və bununla bağlı qərarın verilməsi cənab Prezidentin müstəsna səlahiyyətindədir. Bu proses mütəmadi davam edir. Məlumatımız hələlik ondan ibarətdir ki, Əfv Komissiyası toplaşıb. Qarşıdan gələn Müstəqillik Günündə əfv sərəncamının imzalanması ehtimalı yüksəkdir".

Deputat vurğulayıb ki, eyni zamanda aministiya aktı barədə də məsələ gündəmə gətirilib:

" Aministiya aktı əfv sərəncamından fərqli olaraq daha geniş spektrdə məhkumları əhatə edir. Müvafiq maddələr üzrə məhkum olunan şəxslər aministiya aktının təsir dairəsinə düşürlər deyə, cəmiyyətdə bununla bağlı gözləntilər çoxdur. Səhv etmirəmsə, Azərbaycanda indiyə kimi 13 aministiya aktı imzalanıb. Minlərlə insana şamil edilən aministiya aktı cəmiyyətdə hər zaman müsbət qarşılanıb. Ümid edirik ki, bu il növbəti aministiya aktı elan olunacaq. Çünki bu ili Azərbaycan Prezidenti "Konstitusiya və Suverenlik İli" elan edib. Və ehtimal edirəm ki, aminisiya aktının qəbul edilməsi gözləniləndir. Aministiya aktı çox sayda məhkumu və onların ailələrinin sevincinə səbəb olacaq".

Seçilən
0
2
hit.az

3Mənbələr