AZ

İRANDA BU TƏYYARƏLƏRİN VƏ PUA-LARIN UÇUŞUNA QADAĞA QOYULDU- SƏBƏB?

Fevralın 10-da İranda yüngül mühərrikli təyyarələr və PUA-ların uçuşuna qadağa tətbiq olunub.

Trend-in məlumatına görə, bu barədə İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.

Məlumata görə, İranda İslam İnqilabının qələbəsinin ildönümü günü ilə əlaqədar istənilən təlim və əyləncə məqsədli yüngül mühərrikli təyyarələr və Pilotsuz Uçan Aparatların ölkənin müxtəlif bölgələri, xüsusilə də Tehran şəhərində uçuşu qadağandır. Qadağanı pozanlar məsuliyyətə cəlb olunacaq.

Qeyd edək ki, İranda bu gün İslam İnqilabının qələbəsinin 46-cı illiyi qeyd edilir və bununla əlaqədar müxtəlif tədbirlər təşkil olunur.

Seçilən
18
2
tezadlar.az

4Mənbələr