Türkiyəli məşhur müğənni Sezen Aksu 5 il aradan sonra yeni albomunu təqdim etməyə hazırlaşır.Missiya.Az xəbər verir ki, ifaçı studiyaya girərək 12 mahnı yazdırıb. Bunlardan 3-ü yeni mahnıdır. Həmçinin albomda dünyasını dəyişən mərhum müğənni və aktyor Ferdi Tayfurun da bir mahnısı yer alacaq.
Albomun adı "Paşa gönlümün şarkıları" olacaq.
Zərintac MayisqızıMissiya.Az