AZ

OMV Azərbaycandan Ukrayna vasitəsilə Aİ-yə qaz nəqlini istisna etmir

Avropanın qaz tədarükünə ehtiyacı var və Ukrayna ərazisindən Azərbaycandan mavi yanacağın tranziti perspektivini istisna edə bilməz.

APA-Economics”in Xarici mediaya istinadən məlumatına görə, bunu Avstriyanın OMV neft-qaz konserninin rəhbəri Alfred Ştern bildirib.

"Biz bütün enerji daşıyıcılarının, o cümlədən qazın tədarükünü artırmalıyıq. Biz heç nəyi istisna edə bilmərik. Mən gələcəkdə özümü heç vaxt bir təchizatçının ixtiyarına verməzdim. Qalanı siyasi sualdır", - OMV rəhbəri Azərbaycandan Ukrayna ərazisindən qaz tranzitini dəstəkləməsi ilə bağlı sualını belə cavablandırıb.

Xatırladaq ki, yanvarın 1-də Kiyevin müqaviləni uzatmaqdan imtina etməsi səbəbindən Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti tamamilə dayandırılıb.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.

Seçilən
24
apa.az

1Mənbələr