1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Bakıda dəhşətli intihar hadisəsi baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Nizami rayonunda, "Neftçilər" metrostansiyası yaxınlığında qeydə alınıb.
16 yaşlı Kamilə Nemət qızı Məmmədova çoxmərtəbəli binanın damından özünü atıb. Nəticədə aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
İntiharın səbəbi hələlik məlum olmasa da, K.Məmmədovanın məktəbli olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.