Amerika Prezidenti Donald Trampın İrana qarşı maksimum təzyiq fərmanı imzalamasından sonra çinli avtomobil istehsalçıları İranla əməkdaşlıqlarını azaldıb, bəzi şirkətlər isə tamamilə dayandırıblar.
Bunun İranda avtomobil istehsalına ciddi təsir göstərəcəyi və qiymətlərin bahalaşacağına səbəb olacağı bildirilib.
Məlumata görə, Çinin Çanqan avtomobil şirkəti İranın Saypa avtomobil şirkəti ilə əməkdaşlığını tamamilə dayandırıb.
Bundan əvvəl isə eyni səbəbə görə, Çinin bir limanlarının İran neft tankerlərinin qəbulundan imtina etdikləri barədə məluamtlat yayılıb.
visiontv.az