AZ

Türkmənistanda ən yaxşı rayon müsabiqəsi elan olundu: Qalib 1 milyon dollar qazanacaq

Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov 2025-ci ilin sonunadək bütün sosial, iqtisadi və mədəni göstəricilər üzrə ən yaxşı nəticələrin əldə edilməsi üçün regionların və paytaxtın rayonları, eləcə də rayon stauslu şəhərlər arasında müsabiqə elan edilməsi haqqında fərman imzalayıb.

Hafta.az-ın yazdığına görə, müsabiqənin qalibi 1 milyon dollar pul mükafatı alacaq.

Sənədə uyğun olaraq, bu müsabiqənin qalibini müəyyənləşdirmək üçün komissiya yaradılıb. Müsabiqə “Türkmənistan prezidentinin 2022-2028-ci illərdə ölkənin sosial-iqtisadi inkişafı Proqramı”nın uğurla həyata keçirilməsi, ölkənin davamlı inkişafı, müasir texnologiyalara malik sənaye müəssisələrinin yaradılmasının stimullaşdırılması və əhalinin sosial-məişət şəraitinin ardıcıl olaraq yaxşılaşdırılması məqsədilə təsis edilib.

Xatırladaq ki, 2024-cü ilin yekunlarına görə sonuncu müsabiqənin qalibi Marı rayonunun Sakarçağa rayonu olub. Sakarçağa respublikanın rayonları arasında bütün sosial, iqtisadi və mədəni göstəricilər üzrə ən yüksək nəticələr əldə edib.

Seçilən
2
hafta.az

1Mənbələr