Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən (BŞTİ) ümumi təhsil müəssisələrinin direktorlarından ibarət kuratorlarla görüş keçirilib.İdarənin mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, görüş ümumi təhsil məktəblərində tədrisin təşkili vəziyyəti və 2024-2025-ci tədris ilinin II yarımilinə həsr olunub.Görüşdə BŞTİ-nin müdir müavini Xəyalə Əhmədzadə tədrisin təşkilində məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb, məktəb direktorlarına fəaliyyətlərində nəticəyönümlülüyü əsas götürməyi və şagirdləri səriştəəsaslı öyrənməyə təşviq etməyi tövsiyə edib. Müdir müavini 2025-ci ildə biologiya, kimya, fizika, coğrafiya, informatika, 2026-cı ildə isə tarix, texnologiya, musiqi, təsviri incəsənət, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşdırma prosesinə cəlb edilməsi, ümumi təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulunda sertifikatlaşdırma balı və direktorun rəyinin nəzərə alınması barədə məlumat verib. X.Əhmədzadə təhsildə keyfiyyətin artırılması, tədris prosesinin idarəolunması, məktəbdaxili qaydalara nəzarətin gücləndirilməsi, şagird təhlükəsizliyi məsələlərinin tənzimlənməsi, şagird davranış qaydalarına riayət olunması, valideynlərlə iş, məktəbdaxili qiymətləndirmə, monitorinqlərin təşkili və digər müvafiq məsələlərdən bəhs edib, yeni yanaşmalar, müasir çağırışların tələblərindən irəli gələn zəruri amilləri nəzərə çatdırıb. BŞTİ-nin Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov "Rəqəmsal məktəb" təhsil platformasının Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrində test rejimində tətbiq olunması, elektron xidmətlər üzrə fəaliyyətlərin tənzimlənməsi, birinci sinfə elektron qeydiyyat prosesi və dislokasiya, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, effektiv kommunikasiyanın gücləndirilməsi, sosial şəbəkələrlə iş barədə danışıb və müvafiq tövsiyələrini veriblər.Daha sonra kurator məktəb direktorları ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təkliflər səsləndirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta