AZ

Si Cinpin Moskvada Qələbə Paradında iştirak edəcək

Çin sədri Si Cinpin 9 may qələbə paradında iştyirak etmək üçün Moskvaya gəlməyi planlaşdırır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfiri İqor Morqulov “Rossiya 24” telekanalının efirində bildirib.

 Onun sözlərinə görə, Si Moskvaya gəlmək dəvətini qəbul edib və öz növbəsində Rusiya prezidenti Vladimir Putini Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyinə həsr olunmuş bayram tədbirləri üçün Çinə dəvət edib.

Pekin hələlik Si Cinpinin Rusiyaya mümkün səfəri ilə bağlı heç bir rəsmi şərh verməyib. Çin rəhbəri sonuncu dəfə Moskvaya 2023-cü ilin martında, Putinin Ukraynaya qarşı müharibədə nüvə silahından istifadə etmək təhdidləri fonunda səfər edib.

Seçilən
5
herbiand.az

1Mənbələr