Fələstin Qızıl Aypara Cəmiyyəti Qəzza şəhərində ilk səhra xəstəxanasını açıb.
Herbiand.az bildirir ki, bu barədə qurumun X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
“Fələstin Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Qəzza şəhərində, Əl-Sarayya bölgəsində yerləşən yeni səhra xəstəxanasında bütün hazırlıq işlərini tamamlayıb. Bu xəstəxana şəhərdə bir neçə tibb şöbəsi, o cümlədən əməliyyat, inkubasiya və rentgen şöbələri, reanimasiya, təcili yardım şöbəsi və qəbul otağının yerləşdiyi ilk tibb müəssisəsi oldu”, - məlumatda deyilir.
Təşkilat həmçinin bildirib ki, yeni xəstəxana Qəzza sakinləri ilə yanaşı, Fələstin anklavının şimalında yerləşən Əl-Qüds xəstəxanasının xəstələrini və işçilərini də qəbul edəcək.
Bəxtiyar CƏFƏRLİ