Keçmiş “Dostluq” kinoteatrının binasının yenidənqurulması və istifadəsi ilə bağlı elan olunan müsabiqə martın 4-də başa çatacaq.
Bu barədə Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə məlumat verib.
Onun sözlərinə görə, müsabiqə üçün müraciətlər davam edir:
"Hazırda müsabiqəyə 85-dən çox müraciət qeydə alınıb. Düşünmürəm ki, onların hamısı iştirak mərhələsinə də qatılacaq. Yəqin ki, işlə tanışlıqdan sonra ümumi say bir az azalacaq. Martın 4-ü müraciət üçün sonuncu qəbul tarixidir, bundan sonra münsiflər heyəti dəyərləndirmə aparacaq".
Xatırladaq ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrının binası 50-ci illərdə o zamanların qaydalarına uyğun olaraq, eyni tipli layihə əsasında inşa olunsa da, təxminən 90-cı illərin ortalarından binada kinofilmlərin nümayişi dayandırılıb və uzun illər boyu bina istifadəsiz qalıb.