Üç Ermənistan vətəndaşı qeyri-qanuni brilyant alverində şübhəli bilinir.
Onlar Sankt-Peterburqda keçirilən zərgərlik sərgisi zamanı 400-dən çox qiymətli daş satıblar. Bu barədə REN TV yazır. “ExpoForum”da 33 yaşlı keçmiş Xankəndi sakini və 41 və 45 yaşlı iki İrəvan sakinləri cinayət başında saxlanılıb. Onlar almazların satışına görə 5,5 milyon rubl aldılar.
Ermənilər daşları satdıqdan sonra dərhal İqtisadi Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onlardan həmçinin 5 telefon, noutbuk, 15 min dollar, 741 min rubl və təxminən 6 milyon rubl dəyərində 456 brilyant götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət işi açıb.
//Samir Qurbanov, Editor.az