AZ

Yəmənin ən böyük tayfaları husilərə qarşı ümumi səfərbərliyə ÇAĞIRDI

Yəmənin ən böyük tayfaları husilərə qarşı “ümumi səfərbərliyə” çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Fevralın 9-da Haşid və Bəkil qəbilələri paytaxt Sənanın şimalında yerləşən Amran bölgəsində toplantı keçirib. Toplantıda ölkənin husilərdən azad edilməsi və qanuni hökumətə dəstək çağırışı ediblər.

Qeyd olunur ki, tayfalar bəyanatlarında “qəbilələrin səbrinin tükəndiyini” bildirib. Onlar “vətəndaşların əzabını ikiqat artıran mövcud vəziyyətin hərbi yolla həlli olmadan davam etməsinə artıq dözmək mümkün deyil” deyiblər.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
19
1
interpress.az

2Mənbələr