London, 10 fevral, AZƏRTAC
Böyük Britaniyada əmək bazarında aktivliyin azalması davam edir.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, 2020-ci ilin ortalarından bəri işçi tələbi ən kəskin azalmanı yaşayıb.
Bu tendensiya hökumətin əmək haqqına tətbiq etdiyi vergi artımı və iqtisadi qeyri-müəyyənliyin işə qəbul prosesinə təsiri ilə əlaqədardır. Belə ki, ölkədəki vakansiyalarda 2020-ci ilin avqust ayından bəri ən böyük azalma qeydə alınıb. Daimi işlərə götürülənlər üçün başlanğıc maaş artımı isə 2021-ci ilin əvvəllərindən bəri ən yavaş templə irəliləyir. Daimi iş yerlərinə qəbul isə nəzərəçarpacaq dərəcədə azalıb.
Ekspertlərin fikrincə, şirkətlər iqtisadiyyatın tempinin artmasını gözlədikləri üçün işə qəbul prosesində daha ehtiyatlı davranırlar.
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz oktyabrın 30-da açıqlanan dövlət büdcəsində 2029-cu ilə qədər hökumətə əlavə 25 milyard funt qazandıracaq sosial sığorta vergi artımını açıqlayıb. Aprel ayından etibarən işəgötürənlər tərəfindən ödənilən sosial sığorta haqları artırılacaq və verginin tətbiq olunduğu minimum gəlir həddi azaldılacaq.
London