AZ

"Ermənistana 300 min azərbaycanlı gələcək” - Oskanyan

“2008-ci ilə qədər, mənim nazirliyimin 10 illik (1998-2008) gedişatı Ermənistanın yüksəliş dövrü idi”.

Bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan “Facebook” səhifəsində canlı yayımda bildirib.

Onun sözlərinə görə, bunu heç kim inkar edə bilməz.

“Ermənistanın sərhədləri toxunulmaz idi, Mehri öz yerində idi, bizim qərbdə və şərqdə etibarlı müttəfiqlərimiz var idi, Ermənistanın regional və beynəlxalq siyasətdə öz yeri və rolu var idi. Rusiya ilə etibarlı müttəfiqlik münasibətlərimiz var idi, İranla qaz kəməri çəkdik, Gürcüstanla əməkdaşlığı dərinləşdirdik, səlahiyyət müddətimizin sonuna qədər ABŞ ilə “Minilliyin çağırışları” proqramını imzaladıq və həyata keçirdik. Türkiyə ilə dialoqumuz, Azərbaycanla dinamik danışıqlar prosesimiz olub. Avropa Şurasının üzvü olduq, Avropa İttifaqı ilə əlaqələri dərinləşdirdik, Ermənistanda NATO-nun hərbi təlimləri keçirdik”, - deyə Oskanyan qeyd edib.

Sabiq erməni nazir bildirib ki, hazırda Ermənistanın iqtisadi siyasəti yoxdur, bu, istər-istəməz iqtisadi çöküşə gətirib çıxaracaq.

Oskanyan əlavə edib k, Türkiyənin tələbi ilə Ermənstanın konstitusiyası dəyişdiriləcək, Ermənistana 300 min azərbaycanlı gələcək.

Seçilən
14
herbiand.az

1Mənbələr