AZ

YAP Sabirabad rayon təşkilatı Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı Yeni Azərbaycan Partiyası (YAP) Sabirabad rayon təşkilatı Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbdə tədbir keçirib. 

Tədbir də ilk öncə Ümumilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib

YAP Sabirabad rayon təşkilatının məsləhətçisi Tural Hüseynzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması tarixi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının imzaladığı Sərəncam Konstitusiyamıza və dövlət suverenliyinə ali ehtiram və dəyərin ifadəsidir. O, əlavə edib ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlayıb, öz ideallarına həmişə sadiq qalıb və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edib.

Daha sonra çıxış edən Sabirabad şəhəri Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin direktoru Elsevər Kərimov bildirilib ki, bu gün Azərbaycan dövləti Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.

Sonda YAP-a yeni üzv qəbul edilmiş bir sıra yeni partiya üzvlərinə partiya biletləri təqdim olunub.

Seçilən
2
yeniazerbaycan.com

1Mənbələr