Fevralın 10-na keçən gecə Rusiya Federasiyasının Krasnodar vilayətinə pilotsuz təyyarələr hücum edib.
Telegram-ın təbliğat kanalı “Mash” hədəfin Afip neft emalı zavodu olduğunu bildirib. Yerli sakinlər səmada ən azı 10 partlayış olduğunu hesablayıblar. Kanal yazır ki, insanlar partlayış səsinə oyanıb. Xəbərdə deyilir ki, hava hücumundan müdafiə əməliyyatından sonra evlərdən birinin şüşələri sınıb. PUA-lardan birinin qalıqları yaşayış binalarının üzərinə düşüb.
//Samir Qurbanov, Editor.az